Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil.
Bu dəfə "ASAN Məktub" Lahıcda yaşayan uşaqların sevincinə səbəb olub. SİA-nın xəbərinə görə, qəsəbədə yaşayan 87 uşaq "ASAN Məktub" vasitəsi ilə öz arzularını reallaşdırıblar.
Qeyd edək ki, uşaqlara müxtəlif məktəb ləvazimatları çanta, geyim, dəftər, kitab və s. hədiyyə olunub.
Bildirək ki, hədiyyələr, korperativ social məsuliyyət çərçivəsində Bakcell şirkəti tərəfindən təqdim olunub.
Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etmək istəyən hər kəs, www.asanmektub.az saytına daxil olaraq bu təşəbbüsə qoşula və uşaqların arzu məktubunu öz öhdəçiliyinizə götürə bilərsiz.

.jpg)


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB