“Ekologiyanın qorunması və ictimai məsuliyyət” FOTOLAR

“Ekologiyanın qorunması və ictimai məsuliyyət” FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsinin qalibi olmuş "Ekologiyanın qorunması və ictimai məsuliyyət" layihəsinin açılış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, layihə rəhbəri Taleh Əsgərov ekologiyanın mahiyyəti, eləcə də vətəndaş olaraq ictimai məsuliyyət haqqında gənclərə məlumat verib. Taleh Əsgərov bildirib ki, ölkəmizin dayanıqlı inkişafı ilə əlaqədar olaraq ekologiyanın qorunması dövlət rəhbərliyinin diqqətindədir.

Daha sonra tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə