“QHT Məktəbi” nə start verildi

İctimai sektorun akademik proqramı-“QHT Məktəbi” nə start verildi
“QHT Məktəbi” nə start verildi

Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzi –nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "QHT Məktəbi" Payız proqramı üzrə ilk təlimlərinə başlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təlim proqramını giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzləyicisi Eldar Aslanov müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları və qeyri-kommersiya qurumları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyəti barədə çıxış edərək təlim iştirakçılarına Universitetin inkişaf tarixi, gələcək hədəfləri, tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Layihə rəhbəri Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki bu təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin formalaşması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir.

Daha sonra Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov tərəfindən ilk təlim keçirilib. O, iştirakçılara QHT fəlsəfəsi mövzusunda nəzəri və praktiki biliklər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə