Azərbaycanın Argentinadakı səfirliyində ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxslər, Xarici İşlər və Etiqad Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin elmi-akademik və işgüzar dairələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 1991-ci il oktyabrın 18-də ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin vaxtlarda Azərbaycanın keçdiyi dərin siyasi, iqtisadi və sosial böhran, həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzü barədə ətraflı danışıb. O, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunması, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat verib.
Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunub, ölkəmizlə bağlı videoçarxlar göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB