Lənkəranda yerli sakinlər yolun kənarında hərəkətsiz halda qartal aşkarlayıblar. Yaralı olduğu müəyyən olunan qartal Hirkan Milli Parkına təhvil verilib. Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğunu və yarasının ağır olduğunu, bu növ qartalların cənub bölgəsinin təbiəti üçün xarakterik olmadığını bildiriblər.

Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilərən qartala lazımi tibbi yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB