Ekspert: "Yol hərəkəti mədəniyyəti daha da inkişaf etməlidir" AÇIQLAMA
"Məktəblərin qarşısında onlarla valideyn avtomobillərini yolun hərəkət hissəsində saxlayır, övladları ilə gedərkən yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etmirlər. Bu isə tıxaclar, qəzalar və digər problemlər yaradır. Belə halları aradan qaldırmaq üçün yol hərəkəti mədəniyyəti daha da inkişaf etməlidir". Bunu SİA-ya açıqlamasında yol hərəkatı üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O qeyd edib ki, sözügedən vəziyyətin düzəlməsi üçün yalnız inzibati tədbirlər tam nəticə verməyəcək: "Bu, 10-12 yaşlı yeniyetməni böyük bir şəxsin döyməsi və onu niyə döydüyünü deməməsinə bənzəyir. Həmin şəxsə qaydalar izah edilməli, öyrədilməlidir. Bu hallar yol hərəkəti mədəniyyətinin kasadlığından irəli gəlir. Həmin insanlar özlərinin rahatlığını düşünür, ətrafdakıları veclərinə almırlar. Orta məktəbin qarşısında avtomobilini yolun hərəkət hissədində saxlayan onlarla sürücünü cərimələmək üçün əraziyə onlarla polis işçisi gəlməlidir. Bu isə mükün deyil. Maarifləndirmə işlərini daha artırmaq lazımdır. Məsələ tək əzbərçiliklə bağlı deyil. İnsanın dünyagörüşü artmalıdır ki, qaydaları, onların səbəblərini tam başa düşsün, yol mədəniyyəti yaransın və ona əməl etsin".
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də mətbuata açıqlamasında yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlərin uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxdığını vurğulayıb. O, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayının artırılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunduğunu diqqətə çatıdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB