Akif Əlizadə: "AMEA-da islahatlar davam edəcək"

Akif Əlizadə: "AMEA-da islahatlar davam edəcək"

"Azərbaycan elmi bu gün prezidentin dəstəyinə əsaslanan bütün maddi texniki baza ilə yenilənib. Bununla da elmimizin imkanları dəfələrlə artıb. İndi əsas problem maddi texniki bazanın istifadəsini təmin edəcək kadrları yetişdirməkdir". SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Elm Festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda müasir cihazların istifadəsini yüksək səviyyədə təşkil iəsas hədəflərdəndir: "Bu gün AMEA-nın bütün infrasturkturu dəyişilir. Bu istiqamətdə akademiya addım-addım irəliləyir. Ancaq yenə də nəzərdə tutulur ki, 2020-ci ilə qədər islahatyönümlü tədbirlər davam edəcək. Gənc elmi kadrların hazırlanmasına, onların düzgün istiqamətləndirilməsi, hətta nəinki elmi inkişafda, bütün istiqamətdəki fəaliyyətlərini artırmaq üçün səyləri artırmaq lazımdır. Təhsil Nazirliyi ilə şərikli işlərimiz bu yöndə əsas yer tutur. Akademiyada gənclərin və təhsilin dəstəyini tam hiss edirik. Bunun bariz nümunəsidir ki, artıq 2 ildir AMEA-da magistratura təhsili var. Bu il üçüncü ilimizdir. Hətta sifariş də olub ki, bu burada 100-dən artıq magistr qəbul olacaq. Hazırda isə burada 75 magistr təhsil alır".

Bütün xəbərlər Facebook səhifəmizdə