Koreyanın Azərbaycandakı səfirliyi ölkəmizdəki Koreya şirkətləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayil rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərə dəstək məqsədilə layihə həyata keçirib. SİA-ya Koreya səfirliyindən verilən məlumata görə, bir neçə hissədən ibarət olan layihə çərçivəsində şagirdlər arasında "Sehirli nağıl" rəsm müsabiqəsi və Koreya kinosu günü də təşkil olunub.
Koreyanın səfiri Kim Çanq-qyu əvvəlcə rayondakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub. Daha sonra Cəbrayıl rayon icra başçısı Kamal Həsənovla görüşüb. Görüşdə məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qayıtmalarına ümid ifadə olunub. Natiqlər layihənin Koreya və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə əminliklərini vurğulayıblar.
Səfər çərçivəsində səfir şəhid ailəsinə baş çəkib, ailəyə səfirliyin və Koreyadan olan şirkətlərin hədiyyələri təqdim olunub. Həmçinin, 84 nəfərdən ibarət 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi "Sehirli nağıl" rəsm müsabiqəsi keçirilib. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər. Daha sonra, şagirdlər səfirlik, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri tərəfinən məktəbli çantaları, məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırılıblar.
2014-cü ildən etibarən Koreya səfirliyi Azərbaycanda məcburi köçkünlərə dəstək olmaq məqsədilə bir sıra layihələr həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB