Dünyada təqribən 300 milyon uşaq (Hər yeddi uşaqdan biri) havanın çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu regionlarda yaşayır. SİA-nın BMT-nin Uşaq Fondunun (UNİSEF) rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün bütün dünya üzrə 300 milyon uşaq havanın zəhərli maddələrlə çirklənmə səviyyəsinin son dərəcə yüksək olduğu zonalarda yaşayır. Təqribən 2 milyard uşaq havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş havanın minimal keyfiyyət standartlarına cavab verməyən ərazilərdə yaşayır.
Bununla yanaşı, məlumatda bildirilir ki, burada öz evlərində çirkləndirilən hava ilə nəfəs alan milyonlarla uşaq nəzərə alınmayıb. Havanın çirkləndirilməsi hər il yaşı 5-dən aşağı olan 600 min uşağın ölümünə səbəb olan mühüm amildir.
Təşkilatın məlumatına görə, çirkləndirilmiş havadan əziyyət çəkən uşaqların böyük hissəsi Cənubi Asiya və Afrika ölkələrində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB