Sabunçu rayonunda yararsız minaatan mərmisi aşkarlanıb

Sabunçu rayonunda yararsız minaatan mərmisi aşkarlanıb

Oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. FHN-nin rəsmi saytı xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb edilərək tapılmış sursata baxış keçirilib. Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib.

Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə