Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 11-16°, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə