"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə 21 oktyabr 2016-cı il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam OFFS-in yeni mövsümünün açılış mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, mərasimdə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Ağdam Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, OİK-in direktoru Vaqif Balakişiyev, UGİM-in direktoru Vasif İsgəndərov iştirak etmişdir. Bu barədə məlumatı Millət vəkili, AFFA-nın I vitse-prezidenti "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.
Qeyd edək ki, Azərbaycanda 2003-cü ildən başlayaraq "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB