Kənd Təsərrüfatı Naziri Heydər Əsədov oktyabr ayının 25-dən Niderland Krallığında rəsmi səfərdədir. Nazirlikdən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirilməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə müdadiləsinin aparılmasıdır. Bununla yanaşı səfər çərçivəsində iki ölkə arasında aqrar sahədə davamlı və dayanıqlı inkişafı təmin etmək məqsədi ilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələləri əsas müzakirə mövzularından biridir.
Səfər çərçivəsindəoktyabrın26-da kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sahələrinə yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb olunması, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub. Nazir Heydər Əsədov Kənd Təsərrüfatının hal hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olduğunu və ölkə başçısının bu sahəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb, son dövrlər Azərbaycanda aqrar sahədə həyata keçirilən institutsional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar ilə bağlı geniş məlumat verib və ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb.
Nazir Heydər Əsədov Azərbaycan tərəfinin südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafı, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderland Krallığı ilə əməkdaşlıq etməyə hazır olduğunu xüsusi ilə vurğulayıb.
Niderlandın kənd təsərrüfatı naziri cənab Martijn van Dam Azərbaycan haqqında məlumatlı olduğunu və ölkənin davamlı inkişafından xəbərdar olduğunu vuğulayaraq Azərbaycan ilə kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşılığa hazır olduğunu xüsusi ilə qeyd edib. Martijn van Dam Avropanın və xüsusilə də Niderlandın kənd təsərrüfatında elm və təhsilə, innovativ texnologiyalara verilən dövlət dəstəyi barəsində geniş məlumat verərək bu sahələrin hal hazırda onlar üçün prioritet olduğunu diqqətə çatdırıb.
Sonda Nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib.
Səfər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB