Müstəqilliyimizin 25 illiyi Çində qeyd olundu FOTO

Müstəqilliyimizin 25 illiyi Çində qeyd olundu FOTO

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı ölkəmizin Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində təntənəli tədbir keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirdə Çinin xarici işlər nazirinin köməkçisi Kon Suanyou, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələrinin iştirak ediblər.

Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edib. O, 1991-ci ildə qazanılan müstəqilliyin xalqımız üçün çox böyük əhəmiyyət daşıdığını deyərək, Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda lider dövlətə çevrildiyini, dünyada nüfuzunun xeyli artdığını vurğulayan C.Qurbanov, dövlətimizin başçısının Çin ilə əlaqələrin inkişafına göstərdiyi diqqətdən danışıb. Bildirib ki, son vaxtlar Azərbaycan və Çin dəmir yolları arasında əlaqələr daha da genişlənməkdədir. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin genişləndirilməsində Çin dəmiryolçularının əvəzsiz xidmətləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə