Yeranosyan dəlixanaya salındı
Bir neçə gün əvvəl İrəvanda işdən çıxarılmasına etiraz əlaməti olaraq ağzını sapla tikən Armen Yeranosyanı ruhi xəstə adı ilə psixiatrik klinikaya göndərilib. Bunu erməni mətbuatı yazır.
Xəbər verilir ki, polislər aksiya keçirən çilingəri zorla olduğu yerdən Nubaraşen Ruhi Əsəb Dispanserinə aparıblar. "Epress" saytının içəri daxil olmağa nail ola bilən jurnalistinə Yeranosyan bildirib ki, ona bir neçə saatdan bir iynə vururlar və o, reallıqla əlaqəsini itirir. Yeranosyan deyir ki, bu iynə ilə onu dəli edəcəklərindən qorxur. O, müxbirdən xahiş edib ki, iynə vurmamaları üçün xəstəxana həkimlərini dilə tutsun. Lakin xəstəxana rəhbərliyi redaksiyanın müraciətlərini kobudcasına rədd edib. atv.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB