YAP Şəmkir rayon təşkilatının ərazi ilk partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının Sabirkənd kənd ərazi ilk partiya təşkilatında görüşü keçirilib. Görüş Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbinin akt zalında keçirildi. SİA-nın məlumatına görə, görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının rəhbəri Şövqi Həsənov, YAP Şəmkir rayon təşkilatı Sabirkənd kənd ərazi ilk partiya təşkilatının sədri İdris Əbdürrəhmanov, Şəmkir rayonu Sabirkənd kənd tam orta məktəbinin direktoru Müqabil Yolçuyev, Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinin sədri Etibar Əliyev və ərazi ilk partiya təşkilatının nəzdində fəaliyyət göstərən partiya üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon Sabirkənd kənd ərazi ilk partiya təşkilatının sədri İdris Əbdürrəhmanov tədbirin keçirilməsinin əsas məqsədindən, hakim partiya üzvlərinin Şəmkirin ictimai, siyasi və mədəni həyatında oynadığı roldan və Sabirkənd kənd ərazi ilk partiya təşkilatının fəaliyyətindən danışıb və rayon partiya təşkilatı ilə əlaqələrin daha da səmərəli olacağını bildirdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının fəaliyyətindən danışdı və partiya sıralarına qəbulla bağlı partiyanın icra katibliyinin təlimatlarına partiya nizamnaməsinə uyğun müəyyən tövsiyələr verdi. F.Vəliyev digər tərəfdən, Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının sənədləşmə, təşkilatın idarə olunması ilə bağlı müəyyən tapşırıqlar verdi və bildirdi ki, ərazi ilk partiya təşkilatları ilə daima sıx əlaqəli işlər aparılır, müxtəlif tədbirlər keçirilir və partiyaya üzvlərin qəbulunda keyfiyyət prinsipi əsas götürülür.
Sonda çıxış edənlər Şəmkir rayonu Sabirkənd kənd tam orta məktəbinin direktoru Müqabil Yolçuyev, Şəmkir rayonu Sabirkənd Bələdiyyəsinin sədri Etibar Əliyev və digər partiya fəalları rayon partiya təşkilatının sədrinə belə bir partiya yığıncağının təşkil olunub və keçirilməsinə görə təşəkkürlərini bildirərək ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına daim çalışdığını qeyd etdilər. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının xüsusi vurğuladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB