ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Ermənistan KİV-i xəbər verir ki, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiki qəbul edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB