Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun rəhbərliyi ilə kitabxananın əməkdaşları Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar. SİA-ya Misirin ölkəmizəki səfirliyindən verilən məlumata görə, tanışlıq və əməkdaşlıq məqsədilə ilə keçirilən görüş zamanı Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov rəhbərlik etdiyi kitabxananın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri barədə danışıb. O, kitabxana fondunda müxtəlif sahələrə aid kitabların, o cümlədən nadir kitabların saxlanılması haqqında geniş məlumat verib. Öz növbəsində səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzin fəaliyyəti, Azərbaycan mədəniyyət və təhsil ocaqları ilə əməkdaşlığından, o cümlədən aidiyyatı qurumlarla birgə keçirilən tədbirlər barədə məlumat verib.
Daha sonra qonaq Mərkəzin sayı on mindən çox olan zəngin kitabxanası ilə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB