"Macarıstan türkologiyası və Azərbaycan" adlı konfrans keçirilib YENİLƏNİB

"Macarıstan türkologiyası və Azərbaycan" adlı konfrans keçirilib YENİLƏNİB

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli Qərarına əsasən Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü professor Georq Hazainin xatirəsinə həsr olunan konfrans keçirilir. SIA-nın xəbərinə görə, "Macarıstan türkologiyası və Azərbaycan" adlı konfransın iştirakçıları tədbirdən öncə Mərkəzi Elmi Kitabxanada Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirilib.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın vitse- prezidenti, Nizami adına Ədəbiyyat Institutunun direktoru, akademik, millət vəkili Isa Həbibbəyli bu il Azərbaycanda Türkoloji Qurultayın yubileyinə həsr olunan keçirildiyini söyləyib. Eyni zamanda qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. dövrü mətbuatda bununla bağlı sanballı məqalələr yazılıb, yeni faktlar aşkara çıxarılıb. O , bununla bağlı prezident Ilham Əliyevin sərəncamını yüksək qiymətləndirib. I.Həbibbəyli sərəncama uyğun olaraq AMEA Rəyasət Heyətinin qərar qəbul etdiyini və akademiyanın müxtəlif institutlarında Türkoloji Qurultaya həsr olunan tədbirlərin keçirildiyini qeyd edib. AMEA-nın vitse-prezidenti, Georq Hazainin Azərbaycan -Macarıstan ədəbi əlaqələrindəki rolun haqqında ətraflı danışıb: " Azərbaycan elmləri bu yaxınlarda Macarıstanda böyük elmi konfransda iştirak ediblər ki bu da ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.Bu il Macarıstanla birgə ikinci böyük konfrans keçirilir. Ümid edirik ki bu cür tədbirlərimiz davamlı olacaq. Konfransa uğurlar arzu edirəm". Daha sonra çıxış edən Macarıstanın ölkəmizdəki səfiri Imre Laszloczki Azərbaycan-Macarıstan arasında dostluq münasibətlərinin keçmişi və bu günü haqqında danışıb.

Ölkələr arasında sıx əməkdaşlıq münasibətlərinin olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə həmçinin ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Atatürk Mərkəzinin müdiri, professor, millət vəkili Nizami Cəfərov, Türkologiya elminin inkişafında professor Georq Hazainin həyat və yaradıcılığı haqqında məruzə edib. Mərkəzi Elmi Kitabxanının direktoru Leyla İmanova MEK-də saxlanılan HAzai kollegiyasının dünya kitabxana-informasiya məkanında inteqrasiyası barədə çıxış edib. O, eyni zamanda bu ilin mart ayında kitabxanada HAzaiyə məxsus şəxsi kitab kolleksiyasının təqdimatının keçirildiyini qeyd edib.

Çıxış və müzakirələrdən sonra Mərkəzi Elmi Kitabxananın Akademiklər zalında yerləşən diplomatik nümayəndələr üçün ayrılan guşəyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə