"Şıxlı" sərhəd nəzarət məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Azərbaycan vətəndaşı saxlanılıb. DSX-dan SİA-ya verilən məlumata görə, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı keçirilib. Bu zaman nəqliyyat vasitəsinin gizli-saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu (81 133 AZN) DSX əməkdaşları tərəfindən aşkarlanıb.
Qeyd edək ki, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB