“Bu-Ta”-nıtım lahiyəsinin açılışı olacaq

“Bu-Ta”-nıtım lahiyəsinin açılışı olacaq

28 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə Abşeron Rəsm Qalereyasında saat 18:00-da "Bu-Ta"-nıtım lahiyəsinin açılışı olacaq. 30 nəfər gənc dekaorativ tətbiqi sənət ustasının münsiflər heyəti tərəfindən seçilmiş 50-ə yaxin əsəri 28,29, 30 oktyabr tarixlərində Abşeron Rəsm Qalereyasında nümayiş olunacaq. Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə tövhə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. Eyni zamanda Buta bizə aid bir dəyər, bir gözəllikdir. Buta ornamentinin məhz Azərbaycan-Türk mənşəli olması dünyada çox az bilindiyi üçün mədəniyyətimizə sahib çıxıb, onu ən gözəl şəkildə təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən, şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol olan – BUTA-nın təbliğinin inkişafına təkan verməkdir. "Bu-Ta"-nıtım layihəsi, bu layihədə iştirak edəcək gənclərin istedadlarının üzə çıxarılması, onların ölkə daxili və ölkə xaricində əlaqələrinin yaradılması, öz milli dəyərlərimizin xaricdə tanıdılması, gələcəkdə onların Azərbaycan incəsənətində, rəssamlığında, DTS tanınmış rəssam kimi öz yerini tutmağına təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə