Nazir Tovuzda vətəndaşlarla görüşü başqa günə təyin edilib

Nazir Tovuzda vətəndaşlarla görüşü başqa günə təyin edilib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla oktyabrın 27-də nəzərdə tutulmuş görüşünün tarixi dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib ki, görüş noyabrın 3-də saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə