USAİD Azərbaycandakı layihələrini açıqlayıb

USAİD Azərbaycandakı layihələrini açıqlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BMT İnkişaf Proqramı ilə birgə bir sıra proqram və layihələr həyata keçirir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə USAİD-in Bakı ofisinin rəhbəri Mikayela Meredis deyib.

Onun sözlərinə görə, həyata keçirilən layihələrin bir hissəsi gənclərə aiddir: "Biz gəncləri cəmiyyətin çox vacib hissəsi hesab edirik. Layihələrimizdən biri gənclərin işsizlik məsələsi ilə bağlıdır. Yəni gənclərin iş axtaran zaman özlərini necə təqdim etmələri ilə bağlı dəstəkdir. Digəri Beynəlxalq Miqrasiya təşkilatı ilə birlikdə reallaşan insan alverinə qarşı müxtəlif proqramlardır. Biz, həmçinin UNDP ilə fiziki məhdudiyyəti olan insanların təhsili proqramlarına öz töhfəmizi veririk. Bununla yanaşı, Azərbaycan gənclərinə korrupsiya və onun nəticələri barədə məlumatlar veririk".

USAİD əməkdaşı maliyyələşdirilən təhsil proqramları barədə də danışıb: "Bunlardan biri Flex proqramıdır. Bu geniş, qlobal proqram 20 ildir həyata keçirilir. Bu layihə tam ABŞ tərəfindən maliyyələşdirilir və şagirdlər 1 il ərzində ABŞ-da təhsil alırlar. Həmçinin, Universitet tələbələri üçün bir smestr ABŞ-da təhsili nəzərdə tutan layihəmiz var. Bu kimi layihələr ingilis dilini, ABŞ mədəniyyətini öyrənməyə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə