QİDA proqramı çərçivəsində növbəti təlim baş tutub

QİDA proqramı çərçivəsində növbəti təlim baş tutub

ARGTMŞ Gənclər Evində Milli Şura tərəfindən təşkil olunan "Qht İdarəetmə Akademiyası" proqramı çərçivəsində "Effektiv Ünsiyyət" təlimi baş tutub. SİA-nın məlumatına görə, təlimdə Gənclər Təşkilatları Milli Şurasının üzvü olan 20-yə yaxın gənclər təşkilatından nümayəndələr və fəal gənclər olmaqla 35 nəfər gənc iştirak edib.

Təlim çərçivəsində yerli BP şirkətində xarici əlaqələr idarəsinin rəhbəri Rəşad Bayramov tərəfindən üzv təşkilatların nümayəndələrinə ünsiyyət bacarıqları, komunikatıv metodlar, bədən dilinin ünsiyyətdə rolu və təqdimat bacarıqları haqqında ətraflı məlumat verilib. Daha sonra təlimin fəal gəncləri mövzu ətrafında təlimçinin iştirakı ilə müzakirələrdə iştirak ediblər. Tədbirin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

Milli Şuranın üzvü olan "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin nümayəndəsi Tərlan Abdullayev: ""Effektiv Ünsiyyət" təlimindən çox zövq aldım, yeni biliklər əldə etdim və eyni zamanda gənclərin bu cür təlimlərdə iştirak etməyini tövsiyə edirəm. Təşkilatçılara öz təşəkkürümü bildirirəm və bu cür təlimlərin davamlı olmasını arzulayıram".

Qeyd edək ki, Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqaməti çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "QHT İdarəetmə Akademiyası" (QİDA) proqramı 2013-cü ildə start verilib. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər blokunu əhatə edir. Birinci tədris bloku – QHT-lərin İdarəetmə Akademiyası, ikinci tədris bloku – Layihələrin İdarəetmə Akademiyası, üçüncü tədris bloku – Şəxsi və Peşəkar İnkişaf Akademiyası, dördüncü tədris bloku – Seçmə kurslarıdır. QİDA proqramının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlimalətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Proqram çərçivəsində qış, yaz, yay və payız sessiyalarını əhatə etməklə Bakı şəhəri ilə yanaşı Gəncə, Quba, Lənkəran, Oğuz və Şəmkir şəhərlərində 73 gənclər təşkilatından 490 iştirakçı QİDA proqramı çərçivəsində 52 ayrı təlim təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə