Nazir Niderland Krallığına rəsmi səfər edəcək

Nazir Niderland Krallığına rəsmi səfər edəcək

25-29 Oktyabr 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun Niderland Krallığına rəsmi səfəri nəzərdə tutulub. Səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləşdirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfatının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, bioloji məhsulların istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Bununla yanaşı səfər çərçivəsində iki ölkə arasında aqrar sahədə davamlı və dayanıqlı inkişafı təmin etmək məqsədi ilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələləri əsas müzakirə mövzularından biri olacaq. Səfər çərçivəsində nazir Heydər Əsədovun Niderland Krallığının müvafiq sahədə fəaliyyət göstərən yüksək rütbəli şəxsləri ilə görüşü nəzərdə tutulub.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən qarşı tərəflə əməkdaşlıqda maraqlı olan yerli şirkətlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-29 Oktyabr 2016 –cı il tarixlərində Niderland Krallığına səfər etməyə dəvət olunurlar. Səfər etməkdə maraqlı olan şirkətlər Nazirliyin "1652" Çağrı mərkəzinə və ya [email protected] E-mail ünvanına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə