"Türkiyə təyyarələri həm İraq, həm də Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinin tərkibində yer alır. Nə zaman, hansı şəkildə, harda hava əməliyyatlarının təşkil ediləcəyinə hərbçilər qərar verəcək". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mosul əməliyyatlarından danışarkən belə deyib.
O bildirib ki, hazırda Mosulun azad edilməsində əsasən yerli silahlılar iştirak edir: "İraqdakı xarici qüvvələrin quru əməliyyatlarına qoşulması hələki müzakirə mövzusu deyil. Amerikalı hərbçilər əməliyyat başlayan gün top atışları ilə yerli qüvvələrə dəstək oldu. Amma ehtiyac yaranarsa Türkiyəli hərbçilər yerli qüvvələrə dəstək verməyə hazırdır".
"Fərat Qalxanı" əməliyyatı barədə də danışan Çavuşoğlu, növbəti dəfə YPG, PYD terrorçularına xəbərdarlıq edib: "Onlar öz mövqelərinə çəkilməyib, İŞİD-ə qarşı mübarizə aparan Azad Suriya Ordusunu hədəfə alarsa, biz də cavab tədbirləri görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB