Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsuda vətəndaş qəbulu keçirib.

SİA-nın məlumatına görə, nazir Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, İsmayıllı rayonunun yeni salınmış "XVI məhəllə" qəsəbəsinə və 8 mindən çox əhalisi olan Ağsu-Cəlayır-Hacıuşağı kəndlərinə yeni marşrut xəttinin açılması təklif olunub. Eyni zamanda, Ağsu şəhər avtovağzalının işlək vəziyyətə gətirilməsinə kömək göstərilməsi xahiş edilib.

Qəbulda İsmayıllı və Ağsu rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub. Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə