"Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir. Gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini deyən vitse-prezidentin sözlərinə görə, baxmayaraq ki ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz"ın sistemi qış rejiminə keçmək üzrədir.
O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcminin artması, həm də qışa hazırlq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır: "Ona görə əmtəəlik qaz azalıb".
R. Qurbanov əlavə edib ki, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB