"Böhran müddətində sosial hüquqlar" FOTOLAR

"Böhran müddətində sosial hüquqlar" FOTOLAR

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib. SİA-nın məlumatına görə, "Böhran müddətində sosial hüquqlar" adlı beynelxalq konfransında Avropa Gənclər Forumunun üzvü olan Gənclər Milli Şuralarının nümayəndələri iştirak edib.

Tədbir gənclərin sosial hüquqlarının eyni zamanda Avropanı əhatə edən qaçqın və məcburi köçkün gənclərin bu məsələlərin həllində rolunun artırılması meqsədilə keçirilib.

Tədbirin açılış mərasimində Avropa Gənclər Forumunun baş katibi Allan Pol, Sofiya şəhərinin Təhsil, Mədəniyyət və Elm üzrə komitəsinin sədri Malina Edreva, və Bolqarıstanın millət vəkili Stoyan Mirçev açılış nitqləri ilə çıxış ediblər. Tədbir zamanı gənclərin sosial yardimla təmin olunmasında çətinliklər və onların həlli, Suriyalı qacqinlara sosial yardim və digər mövzularda müzakirələr aparılıb. Yekunda isə müzakirələrinin nəticələrinin təqdimatı keçirilib. Konfrans çərçivəsində həmçinin qonaqların iştirakı ilə "Avropada gənclərin sosial hüquqları" mövzusunda panel sessiyası keçirilib.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu" beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə