Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul oktyabrın 27-si saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlaya, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1, əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB