Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri –tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin "Zəfər və ilğım" kitabı işıq üzü görüb.
Mərkəzdən SİA-ya verilən məlumata görə, kitab Moskvanın məşhur Taqanka teatrının tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimisənət adamlarının, eləcə də azad yaradıcılıq havasıyla yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.
Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.
Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin "Açıq kitab" elektron kitabxanası vasitəsi ilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB