Kanalizasiya quyularından dağılan suların səbəbi açıqlandı AÇIQLAMA - FOTOLAR

Kanalizasiya quyularından dağılan suların səbəbi açıqlandı AÇIQLAMA - FOTOLAR

Bakıda ardıcıl yağan güclü yağışlar zamanı bəzi ərazilərdə kanalizasiya qapaqlarının yerlərindən suların qaynayaraq ətrafa dağılması müşahidə olunurdu. Problemin nədən qaynaqladığını öyrənmək üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı SİA-ya bildirdi ki, sözügedən problem kanalizasiya xətlərinin tutulmaları ilə bağlı deyil: "Belə halların əksəriyyəti xəttin gələn suyu götürməməsi ilə bağlıdır. Yəni xətt tam gücü ilə işləyir, ancaq onun götürə biləcəyindən çox su gəldiyinə görə bir hissəsi çökək hissələrdə kanalizasiya baxış quyularından kənara çıxır. Bizim xüsusi tenikalarımız 100 atmosfer təzyiqlə xəttləri yuyub, təmziləyirlər. Hansısa yağış barmaqlıqlarında, quyularda və s. xırda tutulmalar ola bilər, ancaq qaynamalarının əksəriyyəti suyun çoxluğu ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə