Bu gün İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Məcid Xudabəxş ölkəmizdə səmərəli görüşlər keçirdiyini bildirib.
Qeyd edib ki, hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması, rəsmi səviyyədə görüşlərin dinamikası və səmərəliliyi, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlərə dair vahid mövqe, sıx ticarət-iqtisadi, sosial-humanitar əlaqələr İran-Azərbaycan əlaqələrinin getdikcə daha çox inkişaf etməsindən və möhkəmlənməsindən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB