Sabah Bakı metrosunda sərgi keçiriləcək. Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, 20 oktyabr 2016-cı il tarixində metronun "Nəriman Nərimanov" stansiyasında "Metro Gallery" layihəsi çərçivəsində yeni tədbir keçiriləcək.
"Tədbir saat 11:00-da başlayacaq. 9 oktyabr tarixində Azərbaycanda ilk, dünyada isə 111-cisi keçirilən "Red Bull Soapbox Race" zamanı çəkilən maraqlı fotoşəkillər sərgidə nümayiş olunacaq", - deyə qurum rəsmisi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB