"Sosial şəbəkə istifadəçiləri də cəzalandırıla bilər" MÜTƏXƏSSİS RƏYİ
"İnsanlarda belə bir düşüncə var ki, onlar internet media üzərində nə istəsələr edə bilərlər. Amma "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun III maddəsinə görə, internet üzərində yayılan xəbərlərin özləri də KİV məhsulları hesab edilir və materialın internet, eləcə də ənənəvi media üzərindən yayılması həmin xəbərin yayıcısını hüququ məsuliyyətdən kənar tutmur". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, internet və sosial şəbəkə istifadəçiləri xəbər yaydıqda bilməlidir ki, qanunvericilikdə hansı kateqoriyalı informasiyaların yayılması ilə bağlı məhdudiyyətlər varsa, bu ənənəvi KİV-lə yanaşı, həmin internet media təmsilçilərinə aiddir: "Azərbaycan qanunvericiliyində hansı informasiyaların yayılması və məhdudlaşdırılması ilə bağlı aydın şərhlər var. Burada dövlət təhlükəsizliyi, cəmiyyətdə çaşqınlıq və narahatçılıq yaradacaq, kommersiya sirri, eləcə də şəxsiyyətin toxunulmazlığı ilə bağlı informasiyalar var ki, onun yayılması qanunvericiliklə məhdudlaşdırılmaqla yanaşı, onlar üçün xüsusi şərtlər tətbiq olunur".
M. Ələsgərli qeyd edib. sözügedən məsələ təkcə Azərbaycanın yerli qanunvericiliyi ilə deyil, eləcə də beynəlxalq konvensiyalarla da tənzimlənir: "Misal üçün Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin I bəndi jurnalistlərin, informasiya, xəbər yayıcılarının azadlıqlarını ehtiva edirsə, II bənddə yayılması qanunlarla məhdudlaşdırılan informasiyalar kateqoriyasına aiddir. Orada da göstərilir ki, jurnalistlər və yaxud xəbər istehsalçıları hansı məqamda ehtiyatla davranmalıdırlar. Həmin kateqoriyaların içərisində dövlət təhlükəsizliyi, eləcə də digər məqamlarla əlaqədar məsələlər var".
"Lakin bizdə əsas problem odur ki, rəsmi KİV nümayəndələri bu qaydaları bilir və buna əməl etməyə çalışırlar. Lakin bu cür halların ən çox pozulması faktları internet mediada və sosial şəbəkələr üzərində baş verir. Bu baxımdan bütün internet istifadəçiləri bu prinsipləri gözləməli, əks halda qanunun sərt dili ilə ölçülər götürülür "- deyə, o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB