Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir

18 Oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə dünya liderlərindən Prezident İlham Əliyevin ünvanına təbrik teleqramları gəlməkdə davam edir. SİA həmin məktublardan bir neçəsini təqdim edir:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz Qardaşım.

18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən Sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, Zati-aliləri, əziz Qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram.

***

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

***

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan Respublikası Rusiya Federasiyasının ən mühüm tərəfdaşlarından biri, rusiyalılarla birgə tarix, ümumi iqtisadi, mənəvi və sosiomədəni köklərlə bağlı olan dövlətdir. Dövlətlərimiz arasında çoxəsrlik ənənələri olan dostluq və tərəfdaşlıq münasibətləri təşəkkül tapıb. Azərbaycan xalqının birliyinin möhkəmlənməsində tarix, mədəniyyət və vətənpərvərlik hissləri xüsusi əhəmiyyət daşıyır və bunlar ölkənin uğurlu və sabit inkişafının rəhnidir. Bakıdakı görüşlərimiz barədə ən xoş xatirələrimi indiyə qədər qoruyub saxlayıram.

Sizə və Azərbaycan xalqına cansağlığı, daha böyük inkişaf və firavanlıq arzu edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə