"Bu gün Respublika Narkoloji Dispanserində nümunə üçün 23 min 153 nəfər, profilaktik isə 5402 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Bu gün ölkəmizdə 592 nəfər qadın narkotik istifadəçisidir". Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.
O bildirib ki, ölkəmizdə narkotik istifadəçiləri ilə mütəmadi işlərin aparılmasına baxmayaraq, bu işlərin keyfiyyətinin artırılmasına və əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Onun sözlərinə görə, hər il dünyada xeyli insan narkotikdən dünyasını dəyişir: "Misal üçün qonşu Rusiyada 2000-cı ildən indiyədək qeydiyyata alınan narkotik istifadəçilərindən hər il 8-10 mini nəfəri ölür. Lakin ölkəmizdə narkotikdən ölüm halı çox azdır. Bu da onu göstərir ki, ölkəmizdə bu cür halların qarşısının alınması istiqamətində daim profilaktik tədbirlər görülür, narkotik istifadəçiləri ilə mütəmadi işlər aparılır".
E. Səfərov qeyd edib ki, İnkişaf etmiş ölkələr arasında ən çox narkotika gətirilən ölkə ABŞ, Qərbi Avropa ölkələrindən isə Fransa, Almaniya Böyük Britaniya və digərləridir: "Narkotiklərin hazırlanması üzrə Çin, Cənubi Amerika ölkələri ön sırada durur. ABŞ-ın özündə marixuana istehsalı var. Lakin Azərbaycana gəldikdə bizdə narkotik vasitələr daha çox İrandan gətirilir ki, bunun da qarşısı alınmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB