Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vaxtımızın dəyərini bilək" adlı layihə uğurla həyata keçirilib. SİA-nın məlumatına görə, layihə rəhbəri Məmmədkərimov Rüstəm qeyd edib ki, layihə 3 gün ərzində davam etdirilib. Layihə çərçivəsində 16-29 yaş arası gənclər vaxtlarını düzgün idarə edilməsinə dair maarifləndirici təlimlərdə iştirak etmişdirlər.
Layihənin məqsədi gəncləri asudə vaxtlarının düzgün istifadəsinə təşviq etməkdir. Layihə Xaçmaz rayonunda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB