Daşkəsən rayonunda güclü yağan qar özü ilə problem də gətirib. Qar o qədər güclü yağıb ki, rayonla dağ kəndləri arasında avtomobil əlaqəsi kəsilib. Rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, güclü qar 6 kvt-lıq ötürücü xəttini qırıb. Nəticədə 10-dan çox kəndin sakini elektrik enerjisindən yararlana bilmir. Elektrik enerjisinin bərpası üçün işlərə başlanılıb.
Xatırladaq ki, Daşkəsən rayonuna qar ötən gün gecədən etibarən yağmaya başlayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB