Yolların son vəziyyəti necədir? AÇIQLAMA

Yolların son vəziyyəti necədir? AÇIQLAMA

"Hazırda "Azərsu" ASC-nın qəza briqadaları və xüsusi texnikaları ərazidədir. Yağış davam etsə də, dünənki kimi güclü deyil. Əsas küçə və prospektlərdə ciddi problemlər yoxdur. Dərnəgül şossesi, Babək prospekti və şəhərin mərkəzi hissələrində heç bir su yığılmaları müşahidə olunmur". Bunu SİA-ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O qeyd edib ki, hazırda ASC-yə Biləcəri qəsəbəsindən şikayətlər daxil olub: "Oranın çökək hissələrində, Binəqədi şossesinə yaxın olan ərazilərdə su yığılmaları müşahidə olunur. Dünən də Binəqədi yolunda bizim mütəxəssislər işləyiblər. Həmin ərazidə açıq kanallarla neft sənayesi və qurunt suları axıdılır. O qədər güclü yağış yağıb ki, açıq kanallar daşaraq yola axıb. Dünən yağış azalandan sonra vəziyyət nisbətən düzəldi. Hazırda orada həm Fövqəladə Hallah Nazirliyinin, həm də "Azərsu" ASC-nin texnikaları işləyir. Yola tökülmüş suyun kənara vurulması işləri davam edir".

A.Cəbrayıllı əlavə edib ki, hazırda bütün kanalizasiya nasosstansiyaları gücləndirilmiş rejimdə çalışır: "Bütün aqreqatlar işə qoşulub, nasoslar fəaliyyət göstərir. Kallektorlarla xətlərə daxil olan sular kənarlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə