Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq gənclərin yaradıcı insanlar – mədəniyyət və incəsənət xadimləri ilə görüşünü təşkil edir. Fondun təşkilatçılığı ilə bu dəfə Bakı Ali Neft Məktəbində xalq artisti Fuad Poladovla görüş keçirilib.
Bilik Fondundan SİA-ya verilən məlumata görə, qonaqları BANM-nin prorektoru professor Ramiz Hümbətov salamlayıb və Fuad Poladovun yaradıcılığı haqqında müfəssəl məlumat verib.
Sonra xalq artisti onu sevənlərlə baş-başa buraxılıb. Aktyor tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıb. Tədbirdə xalq artistinin sənət taleyi ilə bağlı fikir mübadiləsi aparılıb, həm kinoda, həm də teatrda yaratdığı obrazların müzakirəsi olub. Tələbələr Fuad Poladovun sevdiyi şair Ramiz Rövşənin şeirlərini ifa ediblər.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB