Ticarət mərkəzi yanıb

Gəncə şəhərində yanğın hadisəsi baş verib. Alov ticarət mərkəzində başlayıb. Güclü yanğın obyektin ətrafında olan digər mağazalara, satış mərkəzlərinə də keçib. Gəncə Dövlət Yanğından Mühafizə Hissəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə zamanı ümumilikdə 65 kv/m ərazi yararsız vəziyyətə düşüb.

Qeyd edə ki, yanğının nədən qaynaqlanması barədə araşdırma gedir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə