Yağışlı hava insan psixologiyasına necə təsir edir? MÜTƏXƏSSİS RƏYİ
"Yağışlı və soyuq hava hər kəsə individüal təsir edir. Belə hava kimdəsə neqativ, kimdəsə xoş emosiya yaradır. Ancaq qeyd edim ki, yağışlı və soyuq hava insanları daha çox depresiya, stres və tənbəlliyə yönəldir". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
O, yağışlı havanın nevroz insanlara daha çox pis təsir göstərdiyini qeyd edib: "Yağış yağanda deyinmək və problemləri daha çox önə çəkmək
nevrozluq əlamətidir. Yağışlı və soyuq havanı olduğu kimi qarşılayan insanlar güclü və sağlam psixlogiyaya malikdirlər. Onlar məsələyə optimist yanaşırlar. Belə insanların psixoloji harmoniyası təbiətlə vəhdət təşkil edir".
Psixoloq bildirib ki, yağış birbaşa orqanizmə təşviş, stress və gərginlik gətirsə də, havanı neqativ qarşılamaq düzgün deyil: "Elə olan təqdirdə bu sizin iş və şəxsi həyatınızda özünü göstərəcək. Yağışlı havada bədbin əhval-ruhiyyədəsinizsə, evdən çıxmamışdan öncə dinamik musiqiyə qulaq asın və rəqs etməyə çalışın. Naharda çox sevdiyiniz bir qidanı qəbul edin, ünsiyyəti xoş olan yaxınlarınızla görüşün. Bu, sizin əhvalınıza mübət təsir göstərəcək".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB