Azərbaycanda zəlzələ olub

Oktyabrın 16-da İmişlidə 4,5 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən ilkin məlumata görə, yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində qeydə alınan yeraltı təkanın ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İmişlidə 4,0, episentrə yaxin digər ətraf rayonlarda isə 3,0 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə