Ermənistan ordusunun əsgəri Vaaqn Viravyan xidmətdə olarkən öldürülüb. Erməni KİV-ləri xəbər verir ki, bu haqda İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 15-də səhər saatlarında baş verib. Hadisənin baş verdiyi ərazidə araşdırma aparılıb, əsgərin silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.
Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB