Oktyabrın 14-də Quba rayonunun Hacıağalar və Cadar kəndlərinə ilk dəfə təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumilikdə 199 abonenti olan kəndlərin qazlaşdırılması üçün 16 min 157 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB