Almaniyanın dpa agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə London ilə Brüssel arasında danışıqlar hər an dayandırıla bilər. Avropa Şurasının rəhbəri Donald Tusk deyib: "Mən əsla şübhə etmirəm ki, bu ssenari avropalı tərəfdaşların hamısı üçün məqbul olardı". Tusk Avropa Siyasəti Mərkəzi (EPC) tərəfindən təşkil edilmiş diskussiya çərçivəsində çıxışında vurğulayıb ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə danışıqları birtərəfli qaydada dayandırmasına mane olan heç bir hüquqi məhdudiyyət yoxdur. Tusk deyib: "Acı həqiqət budur ki, Brexit bizim hamımızın ziyanına olacaq".
Bundan əvvəl, oktyabrın 2-də Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, hökumət ölkənin Avropa İttifaqından çıxması proseduruna 2017-ci il martın sonuna qədər rəsmi qaydada start verəcək. Onun sözlərinə görə, bu addım Lissabon sazişlərinin 50-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Həmin maddədə Avropa İttifaqının üzvü olan dövlətin bu təşkilatdan könüllü çıxmaq hüququ təsbit edilib.
Brüsseldə isə ümid edirlər ki, Böyük Britaniyanın Aİ-dən ayrılmasına dair danışıqlar Avropa Parlamentinə növbəti seçkilərə qədər başa çatdırılacaq. Xatırladaq ki, həmin seçkilərin 2019-cu ildə keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB