Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, "Xəzər Qayğıkeşlik Layihəsi" humanitar İctimai Birliyi və Azercell Mobil Göz klinikası tərəfindən Ağcabədi rayonunda aztəminatlı ailələr, əlilliyi olan uşaqlar üçün təmənnasız göz müayinəsi edildi.
Mərkəzdən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində 6-12 yaş arası ümumilikdə 40 dan çox uşaq və yeniyetmə həkimlər tərəfindən profilaktiki yoxlamadan keçərək onlar üçün müayinə kursu təyin olunub. Gənclər üçün Təhsil Mərkəzi və Unisef tərəfindən "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq onların inkişaf, sağlamlıq və müdafiə hüquqlarının qorunmasını təşkil edir. Bununla yanaşı, uşaqlar üçün vahid təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər tədris metodikası tətbiq olunaraq, onların intellektual, fiziki və psixoloji inkişafına şərait yaradacaq.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi, Unisef-in Azərbaycandakı Ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə layihəsi olan "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi" layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB