Siyavuş Novruzov veteran vəsiqələrinin verilməsindəki nöqsanlardan danışdı
Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib. Amma haqqı olanlar bu vəsiqəni ala bilməyib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Komitəyə bununla bağlı xeyli müraciət daxil olduğunu deyən millət vəkili bəzi şəxslərin hələ də veteran vəsiqəsi almadığını dilə gətirib: "Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Bəziləri müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb. Onların sayı o qədər çoxdur ki..."
S.Novruzov bildirib ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir: "Hər kəs haqqını almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB