"Soyqırımına məruz qalanlara imtiyaz verilməlidir" Milli Məclisdə təklif
Millət vəkili Elman Məmmədov rayonlarda Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik olduğunu açıqlayıb. SİA-nın məlumatına görə bu gün Milli Məclisin plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişikliklə əlaqədar çıxış edən millət vəkili qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının məzarlarının əksəriyyəti Ağdamda olub, sonra həmin ərazilər də işğal edilib: "‘Yəni şəhidlərimizin məzarları da indi işğal altındadır. Xocalı şəhidlərindən yalnız 12-nin məzarı Bakıda, 50-si isə rayonlardadır. Rayonlarda 50 məzarın üzəri 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb".
E. Məmmədov vurğulayıb ki, soyqırımına məruz qalmış insanlara müəyyən imtiyazların verilməsi gündəmə gətirilməlidir: "Biz istəyirik ki, dünya Xocalı soyqırımını tanısın. Biz niyə indiyə qədər Xocalı şəhərini soyqırımına məruz qalmış şəhər kimi qəbul edib, Xocalı sakinlərinə müvafiq status vermirik? Söhbət maddi təminatdan yox, mənəvi məsələlərdən gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB